Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 12:16
Azərbaycan Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.
Qol.az əldə etdiyi xəbərə görə, 2019/2020 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.
Rəsmi qərarın bu gün Klublar Komitəsinin videokonfrans formatında iclasından sonra rəsmən açıqlanacağı gözlənilir.
Saat 12.00-da başlayan iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edir.
Premyer Liqa təmsilçilərinin isə sabahdan yenidən məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Premyer Liqanın matçları koronavirus səbəbindən təxirə salınıb.