Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 12:40
Kalyaskada gəzəydi, quru nəfəsi gedib-gələydi, bəsimiz idi.
Sonxeber.net xəbər verir ki, bunu mərhum Xalq artisti Yaşar Nurinin müğənniliyə başlayan qızı Ülkər "Şou ATV"də atası barədə danışarkən deyib.
Mərhum sənətkarın qızının atası barədə bu iddiası isə verilişə damğa vurub:
"Özü artıq o xəstəliyindən, acizliyindən utanırdı. O, xəstəxanada dünyasını dəyişdi, biz bilmədik. Oksigenlə (Süni nəfəs aparatı ilə - red) yaşayırdı. Mən bəzən düşünürəm ki, atam bəlkə də özü oksigeni çıxardıb ağzından ki, bezmişəm, yorulmuşam. Çünki o cür sənətkar həmişə ayaq üstə olan adam idi. İstəmirdi, deyirdi "Heç kəsin mənə yazığı gəlməsin. Mənə heç kəsin ürəyi ağrımasın". Ona görə də hərdən elə düşünürəm".
Qeyd edək ki, mərhum Xalq artisti 2012-ci ilin noyabrında dünyasını dəyişib. Yaşar Nurinin Ülviyyə və Ülkər adlı iki qızı var.
Təhməz Təkin