Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 22:52
Real vəziyyətlə əlaqəsi olmayan məlumatlar Tvitterdən silinəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tvitter şirkəti bazar ertəsindən başlayaraq koronavirus haqqında yalan və ya mübahisəli məlumatları ehtiva edən paylaşımları qeyd etməyə başlayacaq.
"İctimai dialoqa dəstək verməklə, məqsədimiz Twitter-də etibarlı məlumat tapmağı asanlaşdırmaq və potensial təhlükəli məzmunun yayılmasını məhdudlaşdırmaqdır. Bu gündən etibarən COVİD-19 ilə əlaqəli mübahisəli kontekst barədə məlumat verəcək yeni qeydlər və xəbərdarlıq mesajları təqdim edirik", - deyə şirkətin açıqlamasında bildirilir.