Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Avstriya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Tarix: 15 May 2020 15:12

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyası ilə bağlı bu çətin zamanda yaranmış xoş fürsətdən istifadə edərək, şəxsən Sizə əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və firavan gələcək dolu ən gözəl arzularımı çatdırıram".


Etiketlər:  Avstriya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR