Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 20:16
Mayın 16-17-də Bakının Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 11 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Sonxeber.net-a verilən məlumata görə, həmin marşrut xətləri və istiqamətləri aşağıdakılardır:
7 A və 7B nömrəli marşrutlar
Z.Bünyadov pr.: Moskva pr. - 20 Yanvar dairəsi - Tbilisi pr. (geriyə dönmə manevri) - Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.
67, 83, 92, 119 və 199 nömrəli marşrutlar
3-cü mikrorayon dairəsi: Moskva pr. (geriyə dönmə manevri) - 20 Yanvar küç. - A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.
79 nömrəli marşrut
M.Əcəmi m.st: Tbilisi pr. - S.C.Pişəvari küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.
165 və 211 nömrəli marşrutlar
Z.Bünyadov pr.: H.Zərdabi küç. - Qələbə dairəsi - Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.
M1 və M2 nömrəli marşrutlar
Müvəqqəti olaraq 3-cü mikrorayon dairəsinə qədər fəaliyyət göstərəcək.
92 nömrəli marşrut
M.Əcəmi m.st : Moskva pr. (geriyə dönmə manevri) - 20 Yanvar küç. - A.Məhərrəmov küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.
193 nömrəli marşrut
Binə t/m: Moskva pr. - 2-ci Alatava küç. - M.Həsənov küç. daha sonra öz xətti üzrə təşkil edilib.
165 nömrəli marşrut
A.M.Şərifzadə küç.: 3-cü mikrorayon dairəsi - Ə.Salamzadə küç. - Qələbə dairəsi - İ.Talıblı küç. - A.M.Şərifzadə küç. daha sonra öz xətti üzrə.
211 nömrəli marşrut
Yasamal yaş.mas.: 3-cü mikrorayon dairəsi - C.Səlimov küç. - Ə.Salamzadə küç. - H.Zərdabi küç. - İ.Talıblı küç. - A.M.Şərifzadə küç. - M.Xiyabani küç. daha sonra öz xətti üzrə.
M4 nömrəli ekspress marşrut
20 Yanvar m.st: Tbilisi pr. - Ə.Salamzadə küç. - Qələbə dairəsi - Zərdabi küç.
M7 nömrəli ekspress marşrut
İstiqamət: İnşaatçılar m/st: Ə.Salamzadə küç. - Qələbə dairəsi daha sonra öz xətti üzrə.