Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Cənubi Qafqazda ABŞ-ın etibarlı partnyoruna çevrilməkdədir''

''Azərbaycan Cənubi Qafqazda ABŞ-ın etibarlı partnyoruna çevrilməkdədir''

Tarix: 16 May 2020 11:51

"Cənab Prezidentin son illərdə beynəlxalq səviyyədə Azərbaycanın müstəqilliyini müdafiə etməsi, Qarabağ məsələsində daimi hücum möqeyində durması və Azərbaycanın beynəlxalq mövqeyinin gündən-günə güclənməsi Amerika kimi dünyanın super dövlətinin də Azərbaycana öz münasibətini bu cür ifadə etməsinə səbəb olub".

Bunu Sonxeber.net-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Millət vəkili Amerika Azərbaycan münasibətlərinin artıq artan xəttlə inkişaf etdiyini bildirib:

"Xüsusilə koronavirus pandemiyası dövründə Azərbaycan dünyanın bu sahədə ən aktiv və çevik fəaliyyət göstərən, nüfuz əldə edən dövlətlərindən biri kimi diqqəti cəlb etdi. İki zirvə toplantısının - həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının sədrliyini edən Azərbaycan prezidenti iki zirvə toplantısını videokonfrans şəklində koronavirusla mübarizəyə həsr etmiş oldu. Eyni zamanda, pandemiya ilə mübarizədə ÜST-ə Azərbaycan iki dəfə, hər dəfə 5 milyon dollar olmaqla ianə keçirtdi. Bundan başqa, digər ehtiyacı olan dövlətlərə də Azərbaycan öz köməyini göstərdi. Digər tərəfdən Amerika Azərbaycan münasibətləri artıq artan xəttlə inkişaf edir və get-gedə Azərbaycan həqiqətləri, xüsusən Ermənistan Azərbaycan Dağlıq Qarabağ konflikti Amerika siyasi dairələrində, o cümlədən Ağ Evdə və Amerika Senatında artıq daha düzgün dəyərləndirilir. Cənubi Qafqazda Azərbaycan Amerika Birləşmiş Ştatlarının etibarlı portniyoruna çevrilməkdədir". 

Musa Quliyev Donald Trampın bu məktubunu Qarabağ konfliktinin yaxın vaxtlarda Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh yolu ilə çözüləcəyinə bir işarə adlandırıb:

Bütün bunlar hamısı onu göstərir ki, dünyanın bir super dövlətinin başçısının Azərbaycana bu cür məktub göndərməsi və məktubun Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi fikri ilə başlanması şübhəsiz ki, Qarabağ konfliktinin də yaxın vaxtlarda Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh yolu ilə çözüləcəyinə bir işarədir. Azərbaycan da qeyri-qanuni və qeyri-hüquqi heç bir şərt irəli sürmür. Azərbaycan dəfələrlə bəyan edib ki, BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə uyğun olaraq Azərbaycan bu konfiliktin öz ərazi bütövlüyü çərçivəsində həllinin istənilən variantını müzakirə etməyə hazırdır. Amerika da Minsk Qrupunun həmsədr dövlətlərindən biridir və söz sahibi kimi ola bilsin ki, yaxın vaxtlarda Dağlıq Qarabağ konfliktinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeni mərhələsinə qədəm qoymuş olacaq".

Təhməz Təkin


Etiketlər:  Azərbaycan Cənubi Qafqazda ABŞ etibarlı partnyoruna çevrilməkdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ