Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu böyük bir hadisədir və Azərbaycanın bu mövqeyi yüksəlir''

''Bu böyük bir hadisədir və Azərbaycanın bu mövqeyi yüksəlir''

Tarix: 18 May 2020 10:27

Amerika Prezidenti Donald Tramp həmişə Azərbaycanın Mütəqillik Gününü təbrik edib və Azərbaycan Prezidentinə həmişə çox dəyərli məktub göndərib və o məktubda da həmişə deyilib ki, "Azərbayca bizim dostumuzdur". 

Bunu Sonxeber.net-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

O, ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunu Azərbaycanın dünya miqyasında gördüyü işlərin nəticəsi kimi səciyyələndirib:

"Ona görə də, əlbəttə, bu, Azərbaycanın dünya miqyasında gördüyü beynəlxalq səviyyəli, beynəlxalq standartlara cavab verən həm daxili siyasətində, həm xarici siyasətində işlərin nəticəsidir. Çünki dünyanın super dövlətinin Azərbaycana, Azərbaycan Prezidentinə bu cür dəyər verməsi, həmişə vaxtından əvvəl Azərbaycanın Müstəqillik Gününü təbrik eləməsi, əlbəttə, çox böyük hadisədir və bundan sonra da Azərbaycan yalnız daxili məsələlərdə - insan hüquqları, Azərbaycan insanının həm maddi, həm mənəvi hüquqlarının qorunması, həm də dünyada baş verən hadisələrdə həmişə ən mütərəqqi mövqe tutması, demək olar ki, bütün beynəlxalq təşkilatlarda, sadəcə, iştirak etməsi yox, həm də onların hərəkatına ton verməsi, bunlar hamısı bir göstəricidir ki, Azərbaycan belə yüksək qiymətləndirilir". 

Nizami Cəfərov Azərbaycanın işinin bütün daxili çətinlikləri aradan qaldırmaqdan və dünyada da baş verən böhranlarda həmişə yol göstərməkdən ibarət olduğunu qeyd edib:

"Təbii ki, bu, böyük bir hadisədir və Azərbaycanın bu mövqeyi yüksəlir. Azərbaycan Prezidenti də həmişə onu deyib ki, "Bizim siyasətimiz bizim işimizdən ibarətdir, hansısa diplomatik kondikturalara getmək deyil". Azərbaycanın işi bütün daxili çətinlikləri aradan qaldırmaqdan, böyük uğurlara imza atmaqdan və dünyada da baş verən böhranlarda həmişə yol göstərməkdən ibarətdir. Bunun da külli miqdarda nümunəsini göstərmək olar. Bunu da yalnız biz daxildən görmürük, həm də dünyada, xaricdən görürlər". 

Təhməz Təkin


Etiketlər:  böyük hadisədir Azərbaycanın mövqeyi yüksəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ