Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan çox qısa müddətdə uğur qazandı, çox müsbət faydalı təcrübə topladı''

''Azərbaycan çox qısa müddətdə uğur qazandı, çox müsbət faydalı təcrübə topladı''

Tarix: 19 May 2020 12:00

Bizim üçün çox böyük qürur, çox böyük fəxarətdir ki, Prezidentimiz cənab İlham Əliyev artıq dünya miqyasına çıxmış dövlət liderlərindən biridir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

O, koronavirus pandemiyasının yaratdığı çətinliklərin dünyada yeni çağırışların önə çıxmasına səbəb olduğu məqamda Prezident İlham Əliyevin əsl lider keyfiyyətlərini nümayiş etdirdiyini qeyd edib:

"Biz bunu ilk dəfə olaraq cənab İlham Əliyev Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən o şuranın iclasını aparanda gördük və haqlı bir fərəh hissi də keçirdik. Artıq o dövrdən başlayaraq, ondan da əvvəl cənab Prezident İlham Əliyev dünyanın bütün ölkələrində keçirilən ən mühüm beynəlxalq tədbirlərin ən arzuolunan dəvətlisi və iştirakçısıdır. Həmişə də oradakı çıxışları böyük maraqla qarşılanır və İlham Əliyevin beynəlxalq miqyasda bu cür fəaliyyəti, dünyanı düşündürən, narahat edən məsələləri qaldırması, onun həlli yollarını göstərməsi İlham Əliyevə böyük nüfuz və hörmət qazandırıb. Biz bunun növbəti təsdiqi olaraq İlham Əliyevin həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbər seçilməsi, onun bir neçə il davam edən rəhbərliyi, eyni zamanda Qoşulmama Hərəkatının (BMT-dən sonra ikinci ən böyük hərəkat- red) sədri seçilib və 3 il müddətində ona da rəhbərlik edəcək. Koronavirus dünyanı qəflətən yaxalayıb və böyük təhlükə ilə yaxalayıb. Hətta dünyanın ən böyük, aparıcı dövlətləri də böyük çətinliklərlə, problemlərlə üzləşiblər. Bu məqamda cənab İlham Əliyev hadisələri qabaqladı, Azərbaycanda zəruri olan addımları atdı, sosial məhdudlaşdırma tədbirlərini icra etdi, koronavirusa qarşı mübarizəni operativ şəkildə icra etmək üçün Nazirlər Kabineti yanında Qərargah yaratdı və bütün zəruri addımları böyük uzaqgörənliklə, müdrikliklə atdı. Azərbaycan çox qısa müddətdə uğur qazandı, çox müsbət faydalı təcrübə topladı. Azərbaycan daim öz təcrübəsidən bütün dünyaya səxavətlə bölüşür". 

Deputat bu baxımdan "CİSCO" şirkətinin icraçı vitse-prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin ölkəmizin dünyada artan gücünün göstəricisi olduğunu bildirib:

"Azərbaycan xüsusən ÜST ilə çox səmərəli əməkdaşlıq qurub. İki dəfə ona, hər dəfə 5 milyon dollar həcmində yardım edib. Bu, həm Azərbaycanın humanizmidir, həm də ÜST-ə dəstəyidir. "CISCO" şirkətinin rəhbərləri ilə görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev uzaqgörən, böyük dünya görüşünə malik liderdir. "CİSCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer bu görüş zamanı Prezident İlham Əliyevin koronavirus ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərini xüsusi ilə qeyd etdi. "CİSCO" şirkətinin icraçı vitse-prezidenti Azərbaycan prezidentinin bu təşəbbüsünün çox böyük təəssürat bağışladığını dönə-dönə vurğuladı. Dünyanı iqtisadi böhran gözlədiyi bir vaxtda, çaşqın bir vəziyyətə düşdüyü bir məqamda cənab İlham Əliyevin bu cür konfranslar vasitəsi ilə təcrübəsini bölüşməsi, dəstəyini göstərməsi həm Azərbaycanın humanist siyasətinin, həm Prezident İlham Əliyevin uzaqgörən, çevik siyasətinin təsdiqi oldu. Bu çətin günlərdə Azərbaycanın dövlətlərə göstərdiyi dəstək onun nüfuzunu bir daha artırdı, beynəlxalq aləmdə hörmətini daha da yüksəltdi". "CISCO"nun Rusiya və MDB ölkələri üzrə vitse-prezidentinin şirkətinin videokonfrans formatında görüş zamanı Azərbaycan Respublikası ilə əməkdaşlığını fantastik adlandırması və bu əməkdaşlığın davamlı olmasını arzuladıqlarını dilə gətirməsi ölkəmizin dünyada artan gücünün göstəricisidir".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Azərbaycan çox qısa müddətdə uğur qazandı çox müsbət faydalı təcrübə topladı


RƏYLƏR