Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 17:28
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda aşağıdakı dəyişikliklər edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, əvvəlki qəbul zamanı qəbul imtahanları hər tədris ilində iki dəfə - yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilərdi.
Yeni qərarda isə qəbul imtahanlarının hər tədris ilində iki dəfə - yaz və yay sessiyaları şəklində keçirilməsi ilə bağlı müddəa ləğv edilib.
Qərara edilən digər dəyişikliyə əsasən, abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. Həmçinin, bu ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
Yeni qərarla qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın davametmə müddəti də 1 saat 30 dəqiqədən 45 dəqiqəyə endirilib.