Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şannon Briqqs və Mayk Tayson qarşılaşmağa razılıq veriblər

Şannon Briqqs və Mayk Tayson qarşılaşmağa razılıq veriblər

Tarix: 20 May 2020 03:06

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Şannon Briqs və Mayk Tayson döyüşməyə razılıq veriblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ş.Briqs jurnalistlərə müsahibəsində bildirib. O deyib ki, bu yaxınlarda rəsmi döyüşlə bağlı rəqibi ilə razılığa gəlib.

Ş.Briqs sonuncu döyüşünü 2016-cı ildə keçirib. O, karyerası ərzində 68 döyüşdən 60-da (53-ü nokautla) qələbə qazanıb, 6 dəfə məğlub olub.

"Dəmir Mayk" ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə başa vurub. O, karyerası ərzində 58 döyüş keçirib ki, onların 50-də qələbə (44-ü nokautla) qazanıb. "Dəmir Mayk" altı döyüşdə rinqdən məğlub ayrılıb.

Milli.Az


Etiketlər:  Şannon Briqqs Mayk Tayson qarşılaşmağa razılıq veriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ