Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya AVRO-6 standartlı CNG avtobusu gətirildi, daha 120 ədəd gətiriləcək

Bakıya AVRO-6 standartlı CNG avtobusu gətirildi, daha 120 ədəd gətiriləcək

Tarix: 8 Iyun 2019 19:32

Bakı. Trend:

"Xaliq Faiqoğlu" şirkəti avtobus parkının müasir, ekoloji standartlara cavab verən təbiət dostu avtobuslarla yeniləməsi istiqamətində yeni fəaliyyət proqramının icrasına başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, şirkətin 10 ildən çoxdur əməkdaşlıq etdiyi "Anadolu İsuzu" şirkəti tərəfindən istehsal edilmiş və sıxılmış təbii qazla (CNG) işləyən test avtobusu artıq paytaxtımıza gətirilib.

AVRO-6 standartlarına cavab verən "İsuzu Citiport CNG" markalı bu avtobus 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində nümayiş etdiriləcək. Beynəlxalq sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.


Etiketlər:  Bakıya AVRO standartlı avtobusu gətirildi daha ədəd gətiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ