Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub - FOTO

Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub - FOTO

Tarix: 20 May 2020 13:58

Paytaxtın artıq 7 rayonu DOST xidmətləri ilə əhatə olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 3 saylı DOST mərkəzi Bakının daha 3 rayonu üzrə DOST xidmətlərinin tətbiqinə imkan verib. Bunlar Nizami, Sabunçu və Suraxanı rayonarıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, həmin mərkəzdən əvvəl, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Bakıda istifadəyə verilən 1 və 2 saylı DOST mərkəzləri isə Səbail, Yasamal, Xəzər, Pirallahı rayonlarının əhalisinə xidmət edir. Beləliklə, yeni mərkəzin açılması ilə artıq paytaxtın artıq 7 rayonu DOST xidmətləri ilə əhatə olunub.

İndiyədək 1 və 2 saylı DOST mərkəzlərinə 100 mindən çox şəxsə xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir. Yeni mərkəz isə üç mərkəzdən ən böyüyüdür və qeyd edilən üç rayon üzrə gündəlik 500, il ərzində isə 150 mindən artıq vətəndaşı qəbul edə biləcək.

130-dan çox işçinin, 50 könüllünün çalışdığı mərkəzdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. istiqamətlərdə 132 növdə xidmət innovativ həllərin tətbiqi üzərində "bir pəncərə"dən, şəffaf və opeartiv şəkildə təqdim ediləcək.


Etiketlər:  Bakının rayonu DOST xidmətləri ilə əhatə olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ