Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 17:48
Təəssüflər olsun ki, sahilboyu bəzi ərazilərdə çirkab suları düzgün idarə edilmir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, daha çox Hövsan, Sumqayıtda sahilyanı ərazilərdə çirklənmələr var: "Bu daha çox iaşə obyektləri tərəfindən edilir, bununla bağlı xəbərdarlıq edilir. Artıq bir müddətdir ki, nazirlik buna çox sərt mövqe nümayiş etdirir".
M.Babayev əlavə edib ki, Bakı, Sumqayıt və digər böyük şəhərlərdə iaşə obyektlərinin əksəriyyətində təmizləyici filterlər quraşdırılıb.