Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ölmək istəmirəm'' - Könül Xasıyeva

''Ölmək istəmirəm'' - Könül Xasıyeva

Tarix: 22 May 2020 14:55

Xalq artisti Könül Xasıyevanın səhhətində yenidən problem yaranıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, hazırda Şəkidə olan xanəndə müalicələrini davam etdirdiyini vurğulayıb.

Xasıyeva sistem vurdurarkən fotosunu İnstaqramda paylaşıb. O, şəklinə "Allahın yazısına pozu yoxdur. Amma Kazımın (oğlu - red.) toyunu görmədən ölmək istəmirəm" sözlərini yazıb.

Qeyd edək ki, muğam ifaçısı onurğa iflicindən əziyyət çəkir. K.Xasıyeva bir müddət əvvəl açıqlamasında dəhşətli ağrıları olduğunu demişdi.

Sənətçi xəstə anasına baxmaq üçün uzun müddətdir Şəkidə qalır.


Etiketlər:  Ölmək istəmirəm Könül Xasıyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ