Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu mövsüm bərpa olunsa, Kante oynamaya bilər

Bu mövsüm bərpa olunsa, Kante oynamaya bilər

Tarix: 22 May 2020 22:18

"Çelsi"nin futbolçusu Nqolo Kante bu mövsümün qalan matçlarını buraxa bilər.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi koronavirusa yoluxacağından ehtiyat etdiyi üçün mövsüm bərpa olunacağı təqdirdə, görüşlərdə iştirak etmək istəmir.

Qeyd edək ki, Kante eyni səbəbdən "Çelsi" ilə məşqlərə də çıxmaqdan imtina edib. Klub rəhbərliyi onun bu qərarını anlayışla qarşılayıb və ona evdə məşq etməyə icazə verib.

 


Etiketlər:  Bu mövsüm bərpa olunsa Kante oynamaya bilər


RƏYLƏR