Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO)

Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO)

Tarix: 25 May 2020 10:18

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Fəqan Nəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı F.Nəbiyevdən kiçik ölçülü kağız və sellofan bükümlərdə narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib. Oradan da yuxarıda adları qeyd olunan narkotik vasitələr və psixotrop maddələr, həmçinin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 28 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO) - Gallery Image Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO) - Gallery Image Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO) - Gallery Image Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO) - Gallery Image Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Ağdaş sakininin üzərində yaşadığı evdə narkotik aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ