Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsini alqışlayır

Səfir: Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsini alqışlayır

Tarix: 10 Iyun 2019 14:16

Bakı. Mətanət Nəsibova - Trend:

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və danışıqlar prosesinin davam etdirilməsini alqışlayır.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında Trend-in ATƏT Minsk qrupu həmsədrlərinin nizamlanma prosesində növbəti addımları barədə sualına cavab olaraq deyib.

Səfir əlavə edib ki, həmsədrlər bu məsələ ilə bağlı öz təkliflərinin təfərrüatlarını açıqlamır:

“Bir müddət əvvəl həmsədrlərin bəyanatında humanitar sahə və təhlükəsizliyin dəstəklənməsi barədə vurğulanıb. Hələlik məlum olan budur ki, xarici işlər nazirləri yaxın zamanlarda görüşmək təklifini qəbul edib. Dəqiq tarix görüş ərəfəsində açıqlanacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səfir Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsini alqışlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ