Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 və qorxu psixologiyasi.

COVID-19 və qorxu psixologiyasi.

Tarix: 28 May 2020 23:51

COVID-19 ilə bağlı yeni məlumatlar getdikcə genişlənir və bəzi insanları narahat edir. Narahatlığınızı idarə etməyə, xəbərləri adekvat təhlil etməyə və müsbət bir əhval-ruhiyyəni qorumağa kömək edən bəzi tövsiyələr:

*İlk növbədə təşvişə düşməyin. Yetkin bir vəziyyətdə olun. Ekoloji təfəkkürünüzü işə salın, baş verənlərə mümkün qədər uyğunlaşın. Enerjinizi, resurslarınızı bizdən asılı olmayan sahələrə sərf etməyin. Daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. YADDA SAXLAYIN: koronavirusdan qorunmaq üçün vacib amillərdən biri də, insanın buna özünü psixoloji tərəfdən hazırlamasıdır.

*Ümumdünya Səhiyyə Təşkilatı qurumundan məlumatlarla tanış olun. Yalnız faktlara və təsdiq edilmiş informasiyalara etibar edin.

*Qərargahımızın bütün tövsiyələrinə ciddi əməl edilməlidir. Hər kəs nə qədər dövlət tərəfindən qoyulduğu qaydalara riayət edərsə, bir o qədər təhlükəsizlik olacaqdır.

Sonxeber.net dushunce.az-a istinadən bildirir ki, uşaqlarınızla ünsiyyət qurun. Koronavirusun xəbər yayımını yaşa uyğun məlumatlarla müzakirə edin. Valideynlər uşaqları gündəlik və cədvəllərə yönəltməklə sıxıntıları aradan qaldırmağa kömək edə bilərlər.
Unutmayın ki, uşaqlar bu müddət ərzində öz hisslərinizi necə idarə etməyinizə dair davranışlarınızı və duyğularınızı müşahidə edəcəklər. Təlaşlı davranışlar azyaşlı uşaqları qorxuda bilər və gələcəkdə travmalara səbəb ola bilər.

*Mütəxəssisdən kömək ala bilərsiniz. Həddindən artıq bir əsəbilik, uzanan kədər, iş fəaliyyətinə və ya insanlararası münasibətlərə mənfi təsir göstərən digər uzunmüddətli reaksiyalar hiss edən insanlar psixoloq və psixoterapevtlərlə məsləhətləşə bilərlər.


Etiketlər:  COVID qorxu psixologiyasi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ