Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 18:40
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə keçirilən Əmək Yamarkasında iştirak edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkada Dövlət Məşğulluq Xidmətinin şəhər və rayon mərkəzlərinin nümayəndələri tələbə və məzunlara “Məşğulluq” altsistemi barədə məlumat verib.
Həmçinin bu altsistemə yerləşdirilməsi üçün iştirakçılardan CV-lər qəbul edilib. Yarmarkaya gələn gənclərə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri – özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, “Karyerada ilk addım” tədbirləri, əmək bazarındakı mövcud vəziyyət barədə də ətraflı məlumatlar verilib.
Qeyd edək ki, əmək yarmarkasında 50-ə yaxın dövlət və özəl müəssisəsindən 300 vakant iş yeri təqdim edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin