Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 12:18
Bu mövsüm Çempionlar Liqasının finalının ev sahibliyinin İstanbuldan alınaraq başqa ölkənin şəhərinə veriləcəyi haqda xarici mediada yayılan xəbərlərə UEFA münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, qurumun mətbuat xidmətindən qeyd edilib ki, yarışın tarixi və formatı ilə bağlı klub, liqa və milli assosiasiya nümayəndələrinin daxil olduğu işçi qrupunda müzakirə aparılır: “Hazırda heç bir qərar verilməyib. Qərar iyunun 17-də qəbul ediləcək”.
Daha öncə yayılan məlumatlara görə, Türkiyə koronavirus pandemiyası səbəbindən epidemioloji təhlükəsizliyə təminat verə bilməyib. Buna görə də final başqa ölkədə keçiriləcək.