Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlarda yuxu hansı səbəblərən pozulur?

Uşaqlarda yuxu hansı səbəblərən pozulur?

Tarix: 30 May 2020 21:51

"Kiçik yaşlı uşaqlarda yuxu pozğunluğunun səbəbləri araşdırılmadan bir çox valideynlər "yuxu dərmanı" yazılması üçün həkimlərə üz tuturlar. Bu, çox yanlış tendensiyadır".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Mütəxəssis bildirib ki, uşaq və yeniyetmələrin 20-25%-dən çoxu yuxu problemi yaşayır. Onun sözlərinə görə, anada olan depressiya, evdən ayrılma, bağçaya getmə və ya dayə nəzarətində olma, televiziya və telefondan çox istifadə, südəmər körpələrdə erkən əlavə qidalanma yuxu probleminə rəvac verə bilər. Problemin yuxuya getmək, yuxunun kəsilməsi və ya hər ikisinin birgəliyi formasında təzahürü mümkündür.

Pediatr qeyd edib ki, astma, inkişaf ləngiməsi kimi problemlər yuxunu daha çox pozur.
Onun sözlərinə görə, axşamlar qəhvə, çay istifadəsi, qaranlıq otaqda telefon işığı melatonin hormonunu azaldaraq yuxunu poza bilər. Həkim onu da bildirib ki, keyfiyyətli yuxu uşağın həyatında böyümə fiziki və zehni inkişaf üçün çox vacib komponentlərdən biridir. 3-12 aylıq körpələr 9-12 saatlıq gecə yuxusu və 30 dəqiqədən 2 saatadək 4-dək gündüz yatmalıdırlar.

Milli.Az


Etiketlər:  Uşaqlarda yuxu hansı səbəblərən pozulur


RƏYLƏR