Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya çatıb

“Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya çatıb

Tarix: 31 May 2020 20:20

Göyərtəsində iki NASA astronavtının olduğu "Crew Dragon" kosmik gəmisi  Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, astronavtlar Robert Benhken və Duqlas Hurley rəsmi olaraq Beynəlxalq Kosmik Stansiyaya çatıblar.
Kosmik gəmi 19 saat uçuşdan sonra BKS-ya ehtiyatla birləşib. "Crew Dragon" saat 10:16-da Beynəlxalq Kosmik Stansiyasındakı eniş limanına ilk fiziki təmas edib.

Astronavtların saat 12:30-da "Crew Dragon"dan BKS-ya keçəcəyi gözlənilir.  Astronavtlar Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan NASA astronavtı Kristofer Kassidi və rus kosmonavtları Anatoli İvanişin və İvan Vaqnerə qoşulacaqlar.
Qeyd edək ki, 19 saat öncə "Falcon 9" raketdaşıyıcısı göyərtəsində iki NASA astronavtının olduğu "Crew Dragon" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb.

Raketin kosmosa qalxması NASA-nın rəsmi "YouTube" səhifəsində də canlı yayımlanıb.

Bu, 2011-ci ildən bəri pilot tərəfindən idarə olunan Amerikanın ilk və göyərtəsində adam olmaqla özəl şirkətin həyata keçirdiyi birinci kosmik uçuşudur. Missiya pilotlu idarə olunan uçuşların gələcəyi və NASA-nın özəl şirkətlərlə əməkdaşlıq strategiyası üçün mühüm əhəmiyyət daşıyır.

Milli.Az


Etiketlər:  Crew Dragon kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ