Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 19:32
Bakı. Trend:
Rusiyanın Eksperimental Tibb İnstitutunun mütəxəssisləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıblar.
Trend-in məlumatına görə, hazırda vaksinin ilkin sınaqları aparılır.
Qeyd olunur ki, preparat mukozal vaksin tipinə aiddir və orqanizmə ağızdan aerozol vasitəsilə daxil edilir.
Bu cür preparatda antigenlər mikrokapsulun içində yerləşir və bu, həmin hissəcikləri qida fermentlərindən qoruyur.
Həmin vaksinin tam hazır olacağı müddət barədə məlumat verilməyib.