Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər, sonra çantasını soydular (FOTO)

Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər, sonra çantasını soydular (FOTO)

Tarix: 3 Iyun 2020 14:39

Bakı. Trend:

Yasamal rayonu Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, naməlum şəxslər xanıma yaxınlaşıb ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar.

Zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.

Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər, sonra çantasını soydular (FOTO) - Gallery Image Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər, sonra çantasını soydular (FOTO) - Gallery Image


Etiketlər:  Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər sonra çantasını soydular FOTO


RƏYLƏR