Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 23:27
COVID-19 mövsümi xəstəlik ola bilər.
Sonxeber.net xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü, Döş Qəfəsi Xəstəlikləri mütəxəssisi Tevfik Özlü deyib.
Professor bildirib ki, koronavirus da qrip (H1N1) kimi mövsümi xəstəliyə çevrilə bilər: "Yayın gəlməsi ilə birlikdə xəstəliyin yox olması, payız-qış aylarında yenidən alovlanması ehtimalları var. Yəni "ikinci dalğa" dediyimiz qışda ortaya çıxıb yenidən 2021-ci ilin yayında yox olacaq bir dalğadır. Mən bu virusun kiçik dalğalanmalar formasında daim bizimlə olacağına inanıram. Hara qədər? Peyvəndi tapılana qədər. Və ya ciddi mutasiyaya uğrayıb xəstəlik gücünü itirməsinə qədər.
Tədbirlər görsək, virusa qalib gəlmiş olarıq. Sosial məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması həyat tərzinə, vərdişə çevrilməlidir". (publika.az)