Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rütubət koronavirusun yayılmasını əngəlləyir

Rütubət koronavirusun yayılmasını əngəlləyir

Tarix: 4 Iyun 2020 22:06

İki yeni araşdırmaya görə rütubətli hava, koronavirusun yayılmasını önləyir. Bir-birindən müstəqil olaraq aparılan bu araşdırmalar, quru havanın tənəffüs yolu ilə keçən viruslara qarşı bədəni zəiflətdiyini göstərir.

Nəşr olunan araşdırmaya görə quru hava, yalnız koronavirus kimi tənəffüslə əlaqədar virusların ağciyərlərimizdən təmizlənməsinə maneə törətməklə qalmır, bundan əlavə bir dəfə yoluxduqdan sonra immunitetin mübarizəsini daha da çətinləşdirir.

40% ilə 60% arasındakı rütubə nisbəti, koronavirusun yayılmasını daha çətinləşdirir. Yəni artıq virusa qarşı istifadə edə biləcəyimiz epidemiyolojik bir məlumatımız var deyə bilərik. Araşdırmalardan birini icra edən Yel Universitetindən immunbioloq Akiko İvasaki bu barədə belə deyib: "Havanın quru olduğu qış aylarında həyatımızın 90%-ni bağlı sahələrdə keçiririk. Bu da virusun ən yaxşı həyatda qaldığı və yoluxduğu dövrdür".

Akiko İvasaki pilotların və uçuş vəzifəlilərinin normaldan çox daha yüksək nisbətlərdə qripə tutulduğunu və bunun səbəbinin fövqəladə dərəcədə quru olan kabin havasının olduğunu fərq edən isveçrəli fizika alimi Uolter Hagentobler ilə birlikdə işlədi. MIT mühəndisi Hazhir Rahmandad da KOVİD-19 virusunun, quru bölgələrində rütubətli bölgələrinə nisbətlə daha çox yayıldığını müəyyən etdi.


Etiketlər:  Rütubət koronavirusun yayılmasını əngəlləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ