Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapıldı

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapıldı

Tarix: 6 Iyun 2020 22:56

Kaliforniya Universitetinin professoru Elison Muotrinin rəhbərliyi altında yerinə yetirilən yeni tədqiqatda neyrofizioloqlar və molekulyar bioloqlar aydınlaşdırıblar ki, Hepatit C virusunun müalicəsi üçün istifadə olunan "Sofosbuvir" adlı preparat beyin hüceyrələrini koronavirusdan qoruyur.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, tədqiqatçılar kök hüceyrələrindən kiçik beyin nümunələri yetişdiriblər.

"Sofosbuvir"in tətbiqindən sonra virusa yoluxmuş hüceyrələrin sayı azalıb. Həmçinin sinir sonluqlarının işində SARS-cov-2-nin səbəb olduğu pozuntular aradan qaldırılıb.

Alimlərin fərziyyələrinə görə, preparat COVID19-a yoluxmuş insanlarda ensefalopatiya (beyinin qeyri-iltihabi xəstəlikləri), epilepsiya tutmaları və hallüsinasiyanı aradan qaldırmaq imkanına malikdir. O, həmçinin xəstələri iy və dadbilmə hissinin itməsindən qoruya bilər.


Etiketlər:  Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ