Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın TRACECA dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri artıb

Azərbaycanın TRACECA dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri artıb

Tarix: 12 Iyun 2019 11:03

Bakı. Sara İsrafilbəyova - Trend:

2019-cu ilin birinci rübündə Azərbaycanın Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri 4,3 faiz artaraq 156,5 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın TRACECA-da milli katibi, nəqliyyat və logistika sahəsində ekspert Akif Mustafayev Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.

Qeyd edək ki, TRACECA Avropa İttifaqı ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Bakıda təşkilatın daimi katibliyi fəaliyyət göstərir.


Etiketlər:  Azərbaycanın TRACECA dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ