Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundestaqın vitse-prezidenti: Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir

Bundestaqın vitse-prezidenti: Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir

Tarix: 12 Iyun 2019 12:18

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır.

Trend-in məlumatına görə, bunu Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.

Vitse-prezident bildirib ki, sülh yolu ilə danışıqların mütləq nəticələri olur: "Müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir. Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bundestaqın vitse prezidenti Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir


RƏYLƏR