Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 19:54
UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdüləziz döyüşçünün məşqçisi və atası Əbdülmanaf Nurməhəmmədovun səhhəti ilə bağlı açıqlama verib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Ə.Əbdüləziz qeyd edib ki, koronavirus diaqnozu qoyulan 57 yaşlı mütəxəssisdə sağalma əlamətləri müşahidə olunur:
"Həbib və atası çox güclüdürlər. O yaxşılaşır. Gözlərini açıb reaksiya verir - bu, yaxşı əlamətdir.
Allah vəziyyətə nəzarət edir. Biz hamımız onun yaxşı olacağına inanırıq. Hər şey yalnız onun sağlamlığından asılıdır. O yaxşılaşır, biz hamımız buna görə şadıq", - deyə menecer qeyd edib.