Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 21:04
Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, onun üzərində ürək toxumasına kök hüceyrələrinin daxil edilməsi üzrə eksperimental əməliyyat keçiriləcək.
Mütəxəssislərin fikrincə, bu, idmançının əsəb sisteminin bərpasına yönəlib. M.Şumaxer ötən ilin sentyabrında da bu cür əməliyyat keçirmişdi.
Qeyd edək ki, sabiq Formula 1 pilotu 2013-cü ilin dekabrında xizək sürərkən kəllə-beyin travması almış və uzunmüddətli komaya düşmüşdü. Son dövrlədə M.Şumaxerin komadan ayıldığı bildirilsə də, sağlamlığında hər hansı bir irəliləyişin olmadığı deyilir.