Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 19:24
Bakı. Trend:
Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan yığma komandamız Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.
Yığma komandamızın lideri Elçin Əsədov 172 km-lik “Orxan Qazi” turunda finiş xəttini 5-ci keçməklə 15, 122 km-lik “İldırım Bəyazid” yarışında isə 8-ci olmaqla daha 3 xal əldə edib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin