Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 19:36
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 40,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,39 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel azdır.