Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə xəstəliklərinin ''düşməni'' - Müntəzəm istifadə edildiyində...

Mədə xəstəliklərinin ''düşməni'' - Müntəzəm istifadə edildiyində...

Tarix: 21 Iyun 2020 18:30

Mədə xəstəlikləri üçün ən müalicəvi bitkilərdən biri də nanədir.

Sonxeber.net xəbər verir ki, mədə ağrısından əziyyət çəkənlərə yabanı nanəni məsləhət görülür.

İlk növbədə nanə mədədə yaranan qazın aradan qaldırılmasında və iştahanın açılmasında effektiv rol oynayır.

Nanənin tərkibində uçucu yağ, tanen və acı maddə var. Bu bitkinin tərkibində olan faktorlar mədə problemi yaşayanlar üçün olduqca təsirlidir. Bununla yanaşı, nanənin kişilərdə güc artırma, ürək gücləndirmə, bədəndəki spazm ağrıları və ruhi-əsəbi narahatlıqlarını aradan qaldırmaq kimi faydaları da var.

Təbii dərman olan nanənin istifadə qaydası:

1-2 çay qaşığı qurudulmuş çöl nanəsi yarpağı üzərinə 1 stəkan qaynar su tökülür. 10-15 dəqiqə dəmlənməyə qoyulur. Çay gündə üç dəfə içilə bilər. Çox içmək məsləhət deyil, çünki başgicəllənməyə səbəb olar. Böyrək problemi olanlar da nanədən uzaq durmalıdırlar. (publika.az)


Etiketlər:  Mədə xəstəliklərinin düşməni Müntəzəm istifadə edildiyində


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ