Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yol qəzasında xəsarət alan qadınların kimliyi məlum olub (YENİLƏNİB)

Bakıda yol qəzasında xəsarət alan qadınların kimliyi məlum olub (YENİLƏNİB)

Tarix: 14 Iyun 2019 11:36

İlk xəbər saat 11:04-də yayılıb

Bakı. İlhamə Isabalayeva, Ceyhun Ələkbərov - Trend:

Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

Trend-in məlumatına görə, onlar, sürücü 2000-ci il təvəllüdlü Ağamirova Esmira Zöhrab qızı belin əzilməsi, 1969-cu il təvəllüdlü Əliyeva Kəmalə Zakir qızı gicgahın əzilməsi və 1979-cu il təvəllüdlü Qurbanova Səmayə çiyinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəzanın səbəbləri araşdırılır.

XXX

saat 11:04

Yasamal rayonunda baş verən yol qəzasında 3 qadın xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda (Avtomobil bazarının yaxınlığında) baş verən qəzada 19 və 40 yaşlı qadınlar qapalı kəllə-beyin travması, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda onların müayinələri davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda qəzasında xəsarət alan qadınların kimliyi məlum olub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ