Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb

Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb

Tarix: 14 Iyun 2019 14:44

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Biləsuvar polisi Bakı sakinində metamfetamin aşkarlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ