Tarix: 25 Iyun 2020 20:14
Çexiya çempionatında 2019-2020 mövsümünün qalibi məlum olub. Qol.az xəbər verir ki, “Slaviya” çempionatın 32-ci turunda öz meydanında “Viktoriya”ya 1:0 hesabı ilə qalib gələrək, çempionluğunu rəsmiləşdirib.
Xallarının sayını 78-ə çatdıran paytaxt təmsilçisi, çempionatın sonuna 3 tur qalmış ən yaxın rəqibi “Viktoriya”nı 9 xal qabaqlayıb.
Bu, “Slaviya”nın 6-cı ölkə çempionluğudur. Praqa klubu daha əvvəl 1995/96, 2007/08, 2008/09, 2016/17 və 2018/19 mövsümlərində Çexiya çempionu olmuşdu.