Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 21:36
Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə kömək edə bilər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Tailandlı alimlər belə bir iddia ilə çıxış ediblər.
Boğazı yaxalamaq üçün krandan gələn adi sudan, həmçinin, fizioloji məhlul və ya süfrə duzları olan qatqıdan istifadə etmək tövsiyə olunur.
Alimlər xəstəliyin ilk günlərində virusun məhz boğazda daha çox aktiv olduğunu, ən yüksək konsentrasiyanın burada toplandığını vurğulayırlar.
Mütəxəssislər qarqara etməyin maska və əlcək taxmaq qədər təsirli və zəruri olduğunu vurğulayıblar.