Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 08:12
İlin əvvəlində keçirilən "CES 2020" sərgisində "Odyssey" oyun monitorları seriyasını təqdim edən "Samsung" şirkəti bu dəfə "Odyssey G9" modelini satışa çıxarıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qiyməti 1600 dollar təşkil edən və 32:9 tərəf nisbətinə malik "Samsung Odyssey G9" adlı qurğu dünyada "Dual Quad HD" (DQHD, 5120 х 1440 piksel) təsvir ölçüsünü dəstəkləyən ilk monitordur. 49 düym diaqonallı "HDR1000 VA" paneli 240 QHs yeniləmə tezliyini dəstəkləyir. Reaksiya vaxtı 1 milli-saniyə, parlaqlıq 1000 kandel/kvadratmetr təşkil edir. Korpusun arxa tərəfində 52 işıq və 5 işıq effektinin daxil olduğu altdan işıqlandırma funksiyası yerləşir.
Bundan başqa, monitor "DCI-P3" rəng qammasının 95 faizini əhatə edir və həm "Nvidia G-Sync", həm də "AMD FreeSync Premium Pro" texnologiyaları ilə uyğunluq təşkil edir. Maraqlıdır ki, monitoru istifadəçilərin tələblərinə uyğun olaraq döndərmək və əymək mümkündür.
"Odyssey G9" iki "DisplayPort 1.4" portu, bir "HDMI 2.0" çıxışı, üç "USB 3.0" və qulaqcıq üçün çıxış ilə təchiz olunub. Bundan əlavə, monitor "Black Equalizer" və "Virtual Aim Point" kimi funksiyalara malikdir. Bu, həmçinin "1000R" bükük ekranına və "Eye Comfort" sertifikasiyasına görə "TUV Rheinland" beynəlxalq konserni tərəfindən yüksək qiymətləndirilən sahə üzrə ilk monitordur.