Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 307 nəfər sağaldı, 5 nəfər öldü

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 307 nəfər sağaldı, 5 nəfər öldü

Tarix: 28 Iyun 2020 18:10

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 307 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7 200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 106, ötən müddət ərzində isə ümumilikdə 468 967 test aparılıb.


Etiketlər:  Azərbaycanda daha nəfər koronavirusa yoluxdu nəfər sağaldı nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ