Tarix: 29 Iyun 2020 10:36
Yunanıstan Superliqasında 2019-2020 mövsümünün qalibi müəyyənləşib.Qol.az xəbər verir ki, sona 6 tur qalmış "Olimpiakos"un çempionluğu rəsmiləşib. "Qırmızı-ağlar" 30-cu turda AEK-ə səfərdə 2:1 hesabı ilə qalib gələrək, xallarını 78-ə çatdırıb və ən yaxın izləyicisi PAOK üçün əlçatmaz olub.
Bu, Pirey təmsilçisinin ümumilikdə 45-ci çempionluğudur. Komanda sonuncu dəfə 2016/2017 mövsümündə qızıl medalları qazanmışdı.