Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub? - Açıqlama

Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub? - Açıqlama

Tarix: 30 Iyun 2020 15:58

Sosial şəbəkələrdə avtomobili idarə edən və maşında tək olan sürücünün maska taxmadığına görə yol polisinin səlahiyyətində olan kameralar vasitəsilə avtomatik cərimələnməsi haqda məlumat yayılıb.

Sonxeber.net xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, həmin sürücü kamera vasitəsilə cərimə edilməyib:

"Sürücü iyunun 29-u saat 18:21-də Binəqədi-Xırdalan yolunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Onun barəsində əməkdaşımız tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin şəxsin hansı səbəbdən cərimə olunması araşdırılır. 

Şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır. Maşında sürücünün tək olması və ya bir neçə şəxsin olmasının əhəmiyyəti yoxdur. Ailə üzvləri ilə birgə olanların maska taxmasının bir əhəmiyyəti yoxdur. Sadəcə öz şəxsi avtomobilinə ailə üzvlərindən kənar şəxsi götürənlərə tövsiyə olunur ki, maskadan istifadə etsinlər. Amma taxmamağa görə də heç kim cərimə olunmur. Yalnız ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və maska taxılmaması inzibati məsuliyyətə, cərimə olunmağa səbəb olur".


Etiketlər:  Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ