Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 19:10
Nazirlər Kabineti yanında Operativ rargah yaranandan COVİD-lə mübarizə üçün planlar hazırlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, TƏBİB çalışır ki, itkilər minimal olsun: "Bunun üçün planlar həyata keçiririk. Bu xəstəlik çox ciddidir. Artıq gənc yaşda insanların yoluxmalarına şahid oluruq. Biz bu prosesi nəzarətdə saxlayırıq. Gözləmirik ki, xəstəlik pik həddə çatsın".