Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər koronavirusdan ölüm hallarına genetikanın təsirini araşdırıblar

Alimlər koronavirusdan ölüm hallarına genetikanın təsirini araşdırıblar

Tarix: 1 Iyul 2020 23:48

Britaniyalı alimlər 15 ölkədə yaşayan insanların genini analiz edərək COVID-19 xəstəliyinin ağırlığı və ölüm halları üzrə genetik risk qrupuna aid insanlar arasında müsbət əlaqənin olduğunu müəyyənləşdirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Con Murs adına Liverpul Universitetinin genetika alimi İldus Əhmədov açıqlama verib. "Bütün ölkələrdə hər milyon insana düşən ölüm hallarının statistikasında fərq müşahidə olunur. Ölümlərə əhalinin orta yaş səviyyəsi, tibbi yardımın keyfiyyəti, karantin tədbirləri, testlərin miqdarı və bu kimi müxtəlif faktorlar təsir edə bilir. Biz apardığımız tədqiqatda bu məsələyə digər tərəfdən yanaşdıq" - deyə o bildirib.

Alimin sözlərinə görə, COVID-19 xəstəliyinin ağır keçməsi ilə bağlı hazırda altı mutasiya aşkar olunub. Onlar qanın laxtalanmasına, maddələr mübadiləsinə, damarların tonusuna, immun statusuna və respirator funksiyalara cavabdeh olan genlərdə lokallaşıb.

"Bu mutasiyaların aşkarlanmadığı insanlar, çox güman ki, koronavirus xəstəliyiniu yüngül və hətta simptomsuz keçirəcək. Əgər insan çox sayda mutasiyanın daşıyıcısı olsa, müvafiq risk faktorlarının (məsələn, yaşlılıq, artıq çəki) mövcudluğu onun reanimasiyaya düşmə riskini artıracaq. Biz müxtəlif ölkələrdə həmin mutasiyalara nə qədər çox rast gəlindiyini və bu göstəricilərin ölüm halları ilə bağlılığını yoxlamaq qərarına gəldik", - deyə İldus Əhmədov qeyd edib.

Tədqiqat nəticəsində mütəxəssislər yüksək genetik riskin mövcud olduğu ölkələrdə ölüm hallarının çoxluq təşkil etdiyini aşkarlayıblar. Belə ki, çinlilərdə və Şərqi Asiyanın digər nümayəndələrində belə insanların sayı çox azdır - 11 faizə yaxın. Çinlilərlə müqayisədə ispanlar arasında çox sayda mutasiya daşıyıcıları üç dəfə, italiyalılar arasında isə dörd dəfə artıqdır. Ən çox risk daşıyan insanlar isə Afrika millətləri arasındadır.

COVID-19 pandemiyasının statistikasını aparan Worldometer saytının iyunun 30-na olan məlumatına əsasən, infeksiyadan sağalanlara nisbətdə ölənlərin sayı 8,14 faiz, aktiv xəstələr arasında vəziyyəti ağır olanların sayı isə 1 faiz təşkil edir.

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 728 min nəfərdir. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 408 min), Rusiya (654 min 405), Hindistan (585 min 792), Böyük Britaniya (312 min 654) və İspaniya (296 min 351) gəlir.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir - 130 min 123 nəfər. İlk beşliyə daxil olan Braziliyada 59 min 656, Birləşmiş Krallıqda 43 min 730, İtaliyada 34 min 767, Fransada isə 29 min 843 nəfər koronavirus səbəbindən həyatını itirib.


Etiketlər:  Alimlər koronavirusdan ölüm hallarına genetikanın təsirini araşdırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ