Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 22:12
Bakı. Trend:
Meksikanın cənubundakı Oaxaka sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Milli Seysmoloji Xidməti bildirib.
Bildirilib ki, zəlzələnin episentri Pinotepa-Nasional şəhərindən 22 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
Ölkə paytaxtının bir sıra rayonlarında da zəlzələ hiss olunub, hər hansı fəsadlar qeydə alınmayıb.
Xatırladaq ki, Oaxaka ştatının sahilində iyunun 23-də 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların 10 nəfər qurbanı olub, 20 nəfər xəsarət alıb. 2 mindən çox ev, 55 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.