Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 00:48
Bakı. Trend:
Türkiyənin Sakarya vilayətində pirotexnika istehsalı zavodunda ötən gün baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Onun sözlərinə görə, partlayış nəticəsində daha 114 nəfər xəsarət alıb. Daha əvvəl 2 nəfərin öldüyü 73 nəfərin yaralandığı bildirilirdi.
Əmək, Sosial Xidmətlər və Ailə naziri Zəhra Səlçuk bildirib ki, partlayış zamanı zavodda 186 işçi olub. Hazırda zavodda ziyarətçilərin olub-olmadığı müəyyənləşdirilir.
Partlayışın səbəbi hələki məlum deyil.