Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda adgünü keçirib video yayan şəxslər saxlanıldı

Bakıda adgünü keçirib video yayan şəxslər saxlanıldı

Tarix: 5 Iyul 2020 11:06

Bakı. Trend:

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onların diqqətinə çatdırılıb ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.


Etiketlər:  Bakıda adgünü keçirib video yayan şəxslər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ