Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Super Liqa klubu baş məşqçinin istefasını qəbul etmədi

Super Liqa klubu baş məşqçinin istefasını qəbul etmədi

Tarix: 5 Iyul 2020 23:56

Türkiyənin "Göztəpə" klubunun baş məşqçisi İlhan Palut istefa verib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, o, istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Lakin Super Liqa təmsilçisi gənc mütəxəssisin istefasını qəbul etməyib. Bunu klubun vitse-prezidenti Talap Papatya yerli mətbuata açıqlamasında bildirib. Onlar Palutla yola davam etmək istədiklərini söyləyib.
 
Qeyd edək ki, baş məşqçinin istefa qərarına komandanın Super Liqanın son turunda "Fənərbağça"ya 1:2 hesablı məğlubiyyəti, eləcə də son dörd oyunda qələbəyə həsrət qalması səbəb olub.
 
İlhan Palut "Göztəpə"ni 9-cu turda Tamer Tunanın istefasından bəri çalışdırır. 43 yaşlı mütəxəssisin çalışdırdığı İzmir təmsilçisi son doqquz oyunda cəmi bir qələbə qazana bilib.


Etiketlər:  Super Liqa klubu baş məşqçinin istefasını qəbul etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ