Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 13:04
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 9-da 43,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,63 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.