Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb

ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb

Tarix: 10 Iyul 2020 18:52

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir qrup eksperti Çinə yol düşüb.

Trend-in məlumatına görə, bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.

Ekspertlər Çində koronavirusun mənbəyinin müəyyənləşdirilməsi üzərində işlər aparacaq. Qeyd olunur ki, qrupun tərkibinə epidemioloqlar və zooloqlar daxildir.

Ekspert qrupupunun ilkin tapşırığı virusun heyvani mənbəyini dəqiqləşdirmək və onun heyvandan insana hans yolla keçdiyini müəyyənləşdirməkdir.


Etiketlər:  ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ